Səyyad Əlizadə komaya düşdü (YENİLƏNİB)

Səyyad Əlizadə komaya düşdü (YENİLƏNİB)

 Müğənni Səyyad Əlizadə komaya düşüb.

Aktual.az xəbər verir ki, bu barədə Lent.az-a ifaçının kürəkəni məlumat verib.

O, bildirib ki, süni nəfəs aparatına qoşulan S.Əlizadə komadadır: "Həkimlərin daha edəcəyi başqa nəsə yoxdur. Ümid Allahadır. Komaya düşüb. İnşallah yaxşı olar”. 

Qeyd edək ki, Səyyad Əlizadə bir neçə gün öncə koronavirusa yoluxub. O, Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib və süni tənəffüs aparatına qoşulub. 
 
 10.11
 
Koronavirusa yoluxan Səyyad Əlizadənin və həyat yoldaşı Kəmalə Əlizadənin vəziyyəti stabil olaraq qalır. 

Bu barədə Oxu.Az-a müğənninin qohumu Razim Qarayev məlumat verib.

O bildirib ki, sənətçinin həyat yoldaşı da müalicəsini davam etdirir:

"Kəmalə xanımın vəziyyəti nisbətən yaxşıdır. Lakin müalicələr başlayandan heç bir irəliləyiş yoxdur, stabil olaraq qalır. Səyyad Əlizadənin vəziyyəti isə ağırdır. Süni tənəffüs aparatına qoşulu vəziyyətdədir. Həkimlər heç bir yenilik olmadığını deyir”.
Xəbər 745 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR