Şeyx Rusiyanın Suriyadakı əməliyyatlarını dəstəkləyir

Şeyx Rusiyanın Suriyadakı əməliyyatlarını dəstəkləyir

Paşazadə qüvvələri birləşdirməyə çağırıb.

Qafqaz Müsəlmanları İdarəsi Rusiyanın Suriyada “İslam Dövləti” (İŞİD) qruplaşmasına qarşı hərbi əməliyyatlarını dəstəkləyir.

Aktual.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə bəyan edib.

“Bu gün müəyyən qüvvələr tərəfindən xaricdə və ya daxildə dini fanatizmin və ekstremizmin yayılmasına qarşı durmaq fövqəladə şəkildə mühümdür. Terrorçuların növbəti hədəf kimi nəzərdən keçirdikləri məkanımızın sabitliyinə təhlükə yaradanların planlarının qarşısını almaq vacibdir”, - A.Paşazadə Ufada “XXI əsrin təhsil müstəvisində İslamın ideal və dəyərləri” adlı VIII Beynəlxalq elmi-praktiki konfransın açılışı zamanı bildirib.

Onun sözlərinə görə, Qafqaz müsəlmanları Rusiyanın terrorizm, öz əməlləri ilə dünya dininin adına ləkə gətirən, dünya ictimaiyyətinin gözündə islamı terror, zorakılıq ilə əlaqələndirmək istəyən İŞİD şərinin kökünün kəsilməsi istiqamətində mübarizəsini dəstəkləyirlər.

“Ekstremizmə, radikalizmə yalnız dövlətlərin, ictimai-siyasi xadimlərin və dini qurumların birgə səyləri ilə qarşı durmaq olar”, - QMİ sədri bildirib.

Xəbər 431 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR