Şeyx Allahşükür Paşazadə: "Azərbaycanlı olduğunuzu və azərbaycançılığınızı unutmayın"

Şeyx Allahşükür Paşazadə:

Biz onu Azərbaycanla bağlı hansı meydan varsa, o meydanlarda gördük. Çünki o meydanların ən ali tribunalarında Heydər Əliyev həqiqəti var idi. Keçmiş SSRİ-yə qarşı nəhəng savaşda, 20 Yanvar qırğınında xalqın içində,  savaş meydanında əsgərlərimizlə bərabər, onlara dəstək verməyə hazır olan,  "Vətən bizi çağırır”, "Zülm və haqsızlığa qarşı milli qürur və şücaətimiz, mənəvi birlik və həmrəyliyimiz hər zamankından daha artıq olmalıdır”, "Milli, dini mənsubiyyətindən, siyasi baxışından, dünyanın hansı nöqtəsində olmasından asılı olmayaraq bütün azərbaycanlılar ümumi düşmənə qarşı bir səngərdə olmalı, yumruq kimi birləşməlidirlər”-deyən Şeyx həzrətlərinin xidməti danılmazdır. 

Azərbaycanda dini tolerantlıq göz önündə. Sünni-şiə söhbəti bir yana qalsın, yeganə ölkəyik ki, sünni və şiələr bir yerdə, bir məsciddə və eyni zamanda vəhdət namazı qılırlar. Bu nümunə heç bir ölkədə yoxdur, yalnız Azərbaycanda islami nizam bu qədər ürəkaçandır. 

Düzdür, təəssüflər olsun ki, bütün Qafqazın Şeyxinin bu xidmətlərini görməməzliyə vuranlar da var.  Bu yazıda onlarla işimiz yox. Axı bəsirət gözü olmayanların gözünü bir yazı ilə necə açmaq olar? Amma tarix hər kəsə şahiddr...və tarixin yaddaşını kimsə poza bilməz.  O tip insanlar bilməlidir ki, Şeyx Allahşükür Paşazadə Azərbaycana və azərbaycançılığa o qədər bağlı din xadimidir ki, yaşının bu vaxtında belə dini diplomatiyanın səngərində Ali Baş Komandanın əsgəri kimi döyüşür.  Dünyanın bütün islam ölkələrində  onu sevənlər var, ölkəmizlə bağlı, xüsusi ilə 44 günlük Vətən müharibəsi zamanı səsləndirdiyi bəyənatlara verilən həmrəylik reaksiyaları da məhz bununla bağlıdır. 

Məşhur rus yazıçısı Anton Çexovun gözəl bir kəlamı var. O, deyir ki, dağ o qədər əzəmətli, o qədər vüqarlıdır ki, onun yaxınlığında yaşayanda əzəmətini hiss eləmirsən. Elə ki, o dağın yaxınlığından uzaqlaşdın, o zaman onun əzəmətini görə və duya bilərsən. 

Bu gün Şeyx həzrətlərinin əzəmətini məhz bu məşhur yazıçının dediyi ibrətamiz ifadələrlə əlaqələndiririəm və güman edirəm ki, bu, uğurlu müqayisədir. 

Yuxarıda qeyd etdiyim kimi bir daha təkrar edirəm,  Şeyx həzrətləri Azərbaycanla bağlı harda problem varsa, əlindən gələni əsirgəməyəcək ki, ölkəsi, vətəndaşı zərər görmədən o problemlər həll olunsun. Pandemiyanın ilk günlərində, Şeyx həzrətləri  məlumat alır ki, Rusiya-Azərbaycan sərhədində, Dərbənd yaxınlığında karantindən iki gün əvvəl 600 nəfərdən çox azərbaycanlı çətinliklə üzləşib. Rusiyanın ayrı-ayrı bölgələrində və Dağıstanda müxtəlif sahələrdə çalışan soydaşlarımız ölkəmizə qayıtmaq istəsələr də, mövcud karantin rejimi, sərhədlərin bağlanması səbəbindən bəzi problemlərlə üzləşməli olublar.  Aralarında qadınlar və uşaqların da olduğu soydaşlarımız acınacaqlı durumla üzləşibmişlər. Bir tərəfdən də havanın soyuq olması vəziyyəti daha da gərginləşdirib. 

Prezident İlham Əliyev göstərişi ilə nəzarətə götürülən azərbaycanlıların ölkəmizə gətirilməsi prosesi qısa zaman kəsiyində aradan qalıdırılır. Sərhəddə qalan soydaşlarımızın vəziyyəti yaxşılığa doğru dəyişib, onlar isti paltar və yatacaqla, yeməklə təmin olunublar. Həm də onlara maddi yardımlar da olunub.
O zaman sərhəddən yola salınmış azərbaycanlılarla bağlı bir reportaj hazırlamışdıq. Miq.Az əməkdaşına bunları deyən vətəndaşdan da daha çox biz heyrətləndik: 

"Dərbənddə yaşayan azərbaycanlılar bizə qarşı əsl qəhrəmanlıq göstərdilər. Onlar elə bil öz doğma bacı- qardaşlarından ötrü bu qədər canfəşanlıq göstərirdilər. 600 nəfərdən çox idik. Hələ bizi yola salandan sonra arxadan da xeyli sayda azərbaycanlılar gəlirdi. Orda bizə kömək edən insanlara minnətdaram. Qəni Panayev adlı birisi var idi orda. Hiss edirdim ki, rəhbər odur. Qəni tez-tez Bakıyla danışırdı. Kim idisə, rütbəsinin polkovnik olduğunu bilirdim. Səhv etmirəmsə, Təhlükəsizlik orqanlarının əməkdaşı idi. Hər saat  Qəni ilə telefon əlaqəsi saxlayırdı. Bildiyim qədər Qəni ordakı məlumat barədə polkovnikə, polkovnik ikinci adam vasitəsilə ən yuxarı instansiyaya məlumat ötürürdü." 

Başqa soydaşımız Zülfiyyə Salahova adlı bir xanım bu hadısəni danışarkən qəhərlənmişdi:

"Sevincimdən qəhər məni boğurdu. Dərbənd azərbaycanlıları, xüsusilə Qəni Panayev adlı birisinin adını xüsusilə vurğulamaq istəyirəm. Onlar öz hesablarına Rusiyadan gələn azərbaycanlıları hətta isti geyim və yeməklə təmin edirdilər. Mən hətta sevincimdən ağladım, millətimin səxavət və əzəmətinə.  Bir də Qəni dediyim şəxs Bakıda Səxavət adlı bir dövlət məmuru ilə əlaqə saxlayırdı. Səxavətin kimliyini bilmədim. Amma hesab edirdim ki,  dövlət adamı idi, bizdən ötrü çox narahat idi." 

Baş verən bu hadisəylə əlaqədar olaraq milli həmrəylik nümayiş etdirən Qəni Panayevin kimliyi ilə maraqlandıq. Dağıstanda problemlərlə üzləşən minlərlə azərbaycanlıya xüsusi qayğıyla yanaşan, problemlərini nəzarətdə saxlayan Qəni Panayevi nəhayət ki, tapdıq. 
Qəni Panayev 

Dərbənddə anadan olan Qəni Panayev adlı şəxs, milliyətcə azərbaycanlıdır.  Həmrəylik nümunəsi sayılacaq addımları bizi heyrətləndirmişdi:  

"600 nəfərdən çox azərbaycanlı sərhəddən yola saldıq. Bundan sonra gələn və yola salacağımız azərbaycanlılar üçün də bütün tədarükləri görmüşük. İsti geyimdən, yorğan-döşəkdən tutmuş, ərzaqlara qədər. Mən üzümü orda yaşayanlara tutub deyirəm ki, biz azərbaycanlılar  üçün canımızı fəda etməyə hazırıq. Bir az xaos yaranmışdı, təşviş var idi insanlar arasında. Amma biz o psixoloji gərginliyi azərbaycanlı həmrəyliyi nümayişi edərək, aradan götürdük. Qarabağda yardım edəcəyimiz əhval-ruhiyyəsində idik, sanki özümüzü Qarabağda hiss edirdik, döyüş əzmindəydik. Biz razı ola bilməzdik ki, yaşlı insanlar, qocalar və körpələr ac-susuz qalsınlar, isti yersiz qalsınlar."-deyə Qəni Panayev əməkdaşımızla söhbətində bunları demişdi. 

Bu qəhrəman bizə etiraf etdi ki, Azərbaycan sevgisinin kökündə azərbaycanlı olmağı ilə yanaşı həm də Şeyx həzrətlərinin onunla şəxsi dialoqu zamanı olub: Qəni Panayevin bizə dediklərini siz də oxuyun: 

"Biz sizdən öyrənmişik bü cür həmrəyliyi. Cənab İlham Əliyevin həmrəyliklə bağlı çıxışlarını daimi diqqətlə izləyirik. Təkcə burda deyil, dünya azərbaycanlılarının həmrəy olması hamının borcudur Vətən qarşısında. Bakıda hamı bizim əzizlərimizdir. Səxavəddin bizə həmişə qardaşlıq edib Azərbaycana gələndə, Hacı Surxay da həmçinin, orda İzzət adlı dostumuz da var. Səxavəddinin qardaşlığını, bizləri necə qarşılamasını görüb də ordakı azərbaycanlılara necə laqeyd qalmaq olar? Burdan Şeyxin adını xüsusi vurğulamaq istəyirəm. Bir dəfə 2003-cü ildə rezidensiyada seçkilərdə iştirak edirdik. Allahşükür Paşazadə bizə dedi ki, hər şeyi unuda bilərsiniz, amma azərbaycanlı olduğunuzu və azərbaycançılığınızı unutmayın. Etiraf edim ki, bu ağsaqqal nəsihəti deyiminə həmişə əməl edirik. Bizim devizimiz budur: "Hər yerdə azərbaycanlılar bir-birinə dayaq olmalıdırlar."- deyə Qəni Panayev bildirdi.

Qəni Panayev, öz növbəsində, Azərbaycan Prezidenti İlham Əliyevə və dəstək göstərən hər kəsə öz minnətdarlığını redaksiyamız vasitəsilə çatdırılmasını xahiş etdi. 

Ordan gələn və koronanın cəngindən qurtarılan insanların dediyi və Qəni Panayevlə Bakıdan əlaqə saxlayan polkovnikin kimliyinə gəlincə, o, Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşı Səxavəddin Sadıqov olub. O zaman Hacı Səxavəddin kimi tanınan polkovnik bu mövzu ilə bağlı bizə açıqlama verməkdən imtina etdi və yalnız bunları dedi:
 
 Səxavəddin Sadıqov (soldan birinci)

"Mən Ali Baş Komandan İlham Əliyevin əsgəriyəm. Azərbaycanlıların ölkəyə gətirilməsi bilavasitə Cənab Prezidentin tapşırğı əsasında həyata keçirilir. Mən də azərbaycanlı olaraq bacardığımı etmişəm, əlavə nəsə deməyə ehtiyac görmürəm. Allah Vətənimizi qorusun!"

Polkovnik Səxavəddin Sadıqov dövlətinə bağlı insandı. Ərazi bütövlüyümüz uğrunda döyüşüb, qanını bu torpağa axıdıb.  İndinin özündə belə 1-ci Qarabağ savaşından bədənində düşmən güllələrinin yeri, qəlpələri hələ də qalıb. Cənab Ali Baş Komandan İlham Əliyevin nəzarətində olan, Şeyx həzrətlərinin tapşırdığı problemə qarşı bu qədər həssaslıq əlbətdə Səxavəddin  kimi insanlar ola bilər. Dövlət görəvində olduğu üçün bizə ətraflı açıqlama vermək istəmədi o zaman. Amma, tapşırılan bütün tapşırılqarın öhdəsindən lazyiqncə gəlmişdi,  bir azərbaycanlı problem yaşamadı.  Bunu özü deyil, ordan gələn azərbaycanlılar demişdi bizə. Hətta adının çəkilməməsini israrla qeyd etsə də...

Onu da qeyd edək ki, Səxavəddin  nəinki qazandığı pulu millətinin yolunda, hətta nüfuzunu belə Azərbaycan adına xərcləməkdən zövq alır. Belə ki, sözügedən koronavirus pandemiyasını tügyan etdiyi bir vaxtda  Dərbənddə bir iş adamı  ümumi sayı 300-500  nəfər olan azərbaycanlını öz hotelində yerləşdirərərək onların
 
Maqomedsalam Xəlilov 

Azərbaycana qayıtmasına şərait yaratmışdı. (Bunu Daxili İşlər Nazirliyinin sözügedən işə ezam olunmuş əməkdalları da təsdiq edə bilər) Jurnalist araşdırmalarımız nəticəsində məlum oldu ki, adıçəkilən həmin şəxs Maqomedsalam Xəlilov adlı  adlı iş adamıdır. Əməkdaşımızla söhbətində o, bizə Səxavəddinlə dost olduğunu və onun simasında Azərbaycanı sevdiyini bildirdi. Hətta onu da qeyd etdi ki, polkovnik Səxavətdin Sadıqovun timsalında hər yer Azərbaycandır bizim üçün! 
 
Miq.Az
Xəbər 298 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR