Səudiyyə Ərəbistanının XİN rəhbəri öldürülən jurnalistin ailəsinə başsağlığı verib

Səudiyyə Ərəbistanının XİN rəhbəri öldürülən jurnalistin ailəsinə başsağlığı verib
  • DÜNYA

Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel əl-Cubeyr öldürülən jurnalist Camal Qaşıqçının ailəsinə başsağlığı verərək, baş verənləri "böyük səhv" adlandırıb.


Aktual.az "report"-a istinadən bildirir ki, o bunu "Fox News" telekanalına müsahibəsində deyib.

"Bu dəhşətli səhvdir, bu dəhşətli faciədir, başsağlığı veririk. Biz onların acısına şərikik, bunun olmamasını istərdik, kaş ki, bundan qaçmaq mümkün olardı. Təəssüf ki, böyük və kədərli səhvə yol verilib", - deyə o bildirib.

Bundan əvvəl Səudiyyə Ərəbistanından olan jurnalist Camal Qaşıqçının qətlə yetirildiyi məlum olub.

 
Aktual.az
Xəbər 304 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR