“Şər atırlar, əslində, onların mənə 888 min dollar borcu var” - Məhkəməyə verilən şair danışdı

“Şər atırlar, əslində, onların mənə 888 min dollar borcu var” - Məhkəməyə verilən şair danışdı

Şair, fəal diasporçu Ağaevli Əli Hacı oğlu dələduzluqda ittiham olunması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

BakuPost-a açıqlama verən Ə. Ağaevli bildirib ki, bu işi məhkəmə ilə udub və borcunu qaytarıb. O iddia edib ki, bəzi şəxslər onu şərləməklə məşğuldurlar: "Bütün dostlar bilir ki, mən tikinti ilə məşğulam. Evlər tikib fərdi qaydada satıram. Bu səbəbdən də fərdi qaydada pul götürmüşəm. Yəni pul götürüb, ev tikib satmışam. Lakin borc aldığım şəxslər mənim 5 milyon qiyməti olan evimi öz adlarına keçirib satmaq istəyirdilər. Onlarla 1 ildir, məhkəmə gedir. 1-ci instansiya, Apellyasiya və Ali məhkəmə oldu, mən uddum. Evimin sənədləri mənə qaytarıldıqdan sonra borcumu ödəmişəm. 

Mənim dələduzluq etdiyim barədə iddialar isə şərdir. Mən bir məhkəməni udmuşam, bundan da yaxşı çıxacağam”. 

O qeyd edib ki, "Amay Abdulla” ilə Azər Xəlilov adlı şəxs ona 888 min dollar pul borcludur: "Mən onlardan Korrupsiya İdarəsinə şikayət etmişəm. Hazırda istintaq gedir. Düşünürəm ki, məni şərləmək istəyən şəxslər də elə bunlardır. Yəni məni məhkəməyə verən, mənə şər atan şəxslər mənə külli miqdarda borclu olanların sifarişini yerinə yetirirlər”.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində başlayan məhkəmə prosesində Ağaevli Əli Hacı oğlu və Kərimov Fuad Saday oğlu dələduzluqda ittiham edilir. Cinayət işində zərərçəkən qismində Mehdiyev Qabil Tücarət oğlu tanınıb.
 
Aktual.az
Xəbər 1764 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR