Şəmkirdə həmkəndlisini güllələyən şəxsə ağır ittiham irəli sürüldü

Şəmkirdə həmkəndlisini güllələyən şəxsə ağır ittiham irəli sürüldü

Şəmkirdə baş vermiş silahlı insdentlə bağlı yeni xəbər var.

"Report”un xəbərinə görə, hadisə mayın 4-ü saat 17:10 radələrində rayonun Dəllər-Cırdaxan kəndində qeydə alınıb.
Belə ki, Dəllər-Cırdaxan kənd sakini Famil Muradov kəndin Şəhidlər Xiyabanının ərazisində yerləşən ağaclıqda sərxoş vəziyyətdə ov tüfəngi ilə həmkəndlisi Asif Muradovu bir dəfə atəş ataraq yaralayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin (CM) 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb, F.Muradov saxlanılıb.
Daha sonra Şəmkir rayon Proikurorluğunda F.Muradovun törətdiyi cinayət əməli kifayət qədər sübutlar təsdiq olunduğundan CM-nin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Xəbər 425 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR