Şəmkirdə 13 yaşlı yeniyetmə özündən 2 yaş böyük gənci bıçaqlayıb

Şəmkirdə 13 yaşlı yeniyetmə özündən 2 yaş böyük gənci bıçaqlayıb

Şəmkir rayonunda 15 yaşlı gənc bıçaqlanıb.

"Report”un xəbərinə görə, hadisə noyabrın 12-də saat 20:30 radələrində rayonun İsrafil Məmmədov küçəsində baş verib.
Belə ki, Şəmkir rayon sakini, 2004-cü il təvəllüdlü T.Nağıyev şəxsi münasibətlər zəminində həmyerlisi, 2006-cı il təvəllüdlü E.Yusifovtərəfindən bıçaqlanıb.
Yaralı Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.
Şəmkir Rayon Polis Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağrı zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Xəbər 478 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR