Şəkidə it qızlara hücum etdi

Şəkidə it qızlara hücum etdi

Şəkidə biri azyaşlı olmaqla iki nəfəri it dişləyib.

Aktual.az bildirir ki, Şəki Mərkəzi Rayon Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, aprelin 29-u, saat 20:40 radələrində rayonun Qayabaşı kənd sakini, 2013-cü il təvəllüdlü Şəbnəm Ziya qızı Cəfərova və Bideyiz kənd sakini, 1994-cü il təvəllüdlü Günel İsə qızı İsəyeva it dişləməsi xəsarətləri ilə xəstəxanaya daxil olublar. Məlum olub ki, Şəbnəm Cəfərovanı yaşadığı evin həyətyanı sahəsində öz itləri onun sağ üz hissəsindən və sağ qulağından dişləyib. Günel İsəyeva isə kənd ərazisində sahibsiz itin hücumuna məruz qalıb.

Hər iki şəxsə lazımi tibbi yardım göstərildikdən və quduzluq əleyhinə peyvənd vurulduqdan sonra evə buraxılıb.

Xəbər 355 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR