“Şəhidim” layihəsinə start verildi

“Şəhidim” layihəsinə start verildi

Layihə rəhbəri YAP GB fəalı Vüsalə Fətullayevadır

Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin ofisində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun VI qrant müsabiqəsi çərçivəsində maliyyələşdirdiyi, YAP Gənclər Birliyinin təşkilati dəstəyilə həyata keçirilən “Şəhidim” layihəsinə start verilib.

Layihənin həyata keçirilməsində əsas məqsəd insanlara vətənə və millətə məhəbbət ruhunun aşılanması, onlara ən müqəddəs hisslərdən biri kimi vətənpərvərlik hissinin təbliğ edilməsindən ibarətdir. “Şəhidim” layihəsinin amalı insanlara şəhidlərimizin heç bir yerdə səsləndirilməyən şərəfli ömür yolu və döyüş tarixçəsi barədə məlumatlar çatdırmaqdan ibarətdir.

Layihə rəhbəri YAP Gənclər Birliyinin fəal gənci Vüsalə Fətullayevadır.\ölkə.az

Xəbər 437 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR