Səfir: Qarabağda gərginliyin artmasından narahatıq

Səfir: Qarabağda gərginliyin artmasından narahatıq

“Biz bu münaqişəni “dondurulmuş” münaqişə kimi görmürük”.

Ceyms Uorlikin də qeyd etdiyi kimi, biz təmas xəttində gərginliyin artması hallarından narahatıq.

Aktual.azAPA-ya istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutadeyib.

O bildirib ki, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik və onun rusiyalı və fransalı həmkarları bu məsələ ilə məşğul olur:

“Biz vəziyyəti dəyişmək üçün tərəflərlə geri addım atılması məsələsini müzakirə edirik. Biz bu münaqişəni “dondurulmuş” münaqişə kimi görmürük.

İnsanlar ölürsə, bu, “dondurulmuş” münaqişə deyil  Məsələnin sülh yolu ilə həlli üçün biz tərəflərlə çalışırıq.

Bütün tərəflər gərginliyin azalması və münaqişənin həll yolunun tapılması üçün addımlar atmalıdır”.

Xəbər 431 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR