Səddam Hüseynin mühafizəçisinin meyiti Türkiyədə yaşadığı evdə aşkarlanıb

Səddam Hüseynin mühafizəçisinin meyiti Türkiyədə yaşadığı evdə aşkarlanıb
  • DÜNYA

Türkiyənin Şanlıurfa əyalətində İraqın keçmiş prezidenti Səddam Hüseynin mühafizəçisi olmuş Adnan Jerri Shmailin meyiti aşkarlanıb.


"Report” "thmhaber”ə istinadən xəbər verir ki, 68 yaşlı keçmiş cangüdənin meyitini yaxınları tapıb.

O, Şanlıurfa əyalətinin Mərkəzi Haliliyə rayonunun Veysel Karani məhəlləsində yaşayırmış. Adnan Jerri Shmailin meyiti buradakı evindən aşkarlanıb.

Məlumata görə, İraqın keçmiş lideri Səddam Hüseyn edam edildikdən sonra A.J.Shmaili ailəsi ilə birlikdə Türkiyəyə köçübmüş.

 
Aktual.az
Xəbər 241 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR