Samuxda partlayış oldu: yaralılar var

Samuxda partlayış oldu: yaralılar var

Samuxda yaşayış evində partlayış olub.

Aktual.az  APA-ya istinadən bildirir ki, hadisə rayonun Aşağı Ağasıbəyli kəndində qeydə alınıb. Kənd sakini, 1961-ci il təvəllüdlü Naçar İsmayılov yaşadığı mənzildə qaz sobasını yandırmaq istəyərkən partlayış baş verib. Nəticədə N. İsmayılov və onun həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zemfira İsmayılova yanıq xəsarətləri alıblar. Onlar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alan şəxslərə dərhal tibbi yardım göstərilib və onların Bakıda aidiyyəti üzrə xəstəxanaya göndərilməsi nəzərdə tutulur.
Partlayışın evə qaz sızmasından baş verdiyi bildirilir.

Aktual.az

Xəbər 546 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR