Şabranda ağır qəza: 4 yaşlı uşaq daxil olmaqla 3 nəfər xəsarət aldı

Şabranda ağır qəza: 4 yaşlı uşaq daxil olmaqla 3 nəfər xəsarət aldı

Şabran rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, hadisə Ağalıq kəndi ərazisində qeydə alınıb. Hadisə nəticəsində biri uşaq olmaqla 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Onlar, 2016-cı il təvəllüdlü Ağazadə Əli Cəmşid oğlu, 1996-cı il təvəllüdlü Məmmədzadə Pərvin Yusif qızı və 1964-cü il təvəllüdlü Ağayev Cümşüd Əliqulu oğludur.
Yaralanan şəxslər bir müddət xəstəxanada ilkin tibbi yardım aldıqdan sonra ambulator müalicəyə yola salınıblar.
Xəbər 197 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR