Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi BİLİNDİ - YENİLƏNİB

Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi BİLİNDİ - YENİLƏNİB

"Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəbli bu gün səhər saatlarında ürəktutmasından vəfat edib”.
Bunu Aktual.az -a açıqlamasında məhrum deputatın qardaşı İqbal Rəcəbli məlumat verib.
Onun sözlərinə görə, Hadı Rəcəbli Bakıda dəfn ediləcək və onunla vida mərasimi Təzəpir məscidində baş tutacaq.
08:50
Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəblinin səhhətinin pisləşməsi ilə əlaqədar 17.04.2024-cü il tarixində saat 06:38 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Bu barədə Aktual.az -ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. 
Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb edilib. Hadı Rəcəblinin həkiməqədər ölümü qeydə alınıb.
08:24
Sabiq millət vəkili Hadı Rəcəbli vəfat edib.
Aktual.az  xəbər verir ki, o bu gün 76 yaşında dünyasını dəyişib.
Hadı Rəcəbli I-V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı (1995-2020-ci illər), Əmək və sosial siyasət komitəsinin sədri olub.

Xəbər 97 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR