Saatlıda oğul anasını ehtiyatsızlıqdan güllələyərək öldürdü

Saatlıda oğul anasını ehtiyatsızlıqdan güllələyərək öldürdü

Saatlı rayonunda oğul anasını güllələyərək öldürüb.

Aktual.az xəbər verir ki, hadisə rayonun Kamallı kəndində qeydə alınıb.

Kənd sakini, 1991-ci il təvəllüdlü Qəmbərov Racil Zabil oğlu ehtiyatsızlıqdan anası, 1966-cı il təvəllüdlü Tovuz Fərman qızı Qəmbərovanı ov tüfəngindən açdığı atəşlə güllələyib. Qadın aldığı güllə yarasından hadisə yerində həyatını itirib.

Hadisənin təfərrüatları hüquq-mühafizə orqanları tərəfindən dəqiqləşdirilir.

Faktla bağlı Saatlı Prokurorluğu tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır.(apa.az)
Xəbər 663 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR