Saakaşvili istintaqda dindirilir

Saakaşvili istintaqda dindirilir
  • DÜNYA

Ukraynanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili növbəti dəfə ifadə vermək üçün Ukrayna Təhlükəsizlik Xidmətinə gəlib

 
Aktual.az Trend-ə istinadən xəbər verir ki, o, cinayətkar qrup iştirakçılarına kömək göstərilməsi işi üzrə istintaq işində şübhəli şəxs qismində dindirilir.
 
Məlumata görə, istintaq yerli vaxtla saat 12:00-a təyin edilsə də, M.Saakaşvili 20 dəqiqə gecikmə ilə çatıb.
 
Qeyd edək ki, Tbilisi məhkəməsi sabiq prezident M.Saakaşvilinin barəsində qiyabi olaraq 3 il müddətinə həbs olunması barədə qərar qəbul edib.
 
 
Aktual.az

Xəbər 302 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR