Rusiyanın valyuta ehtiyatları ötən ay 3 milyard dollardan çox artıb

Rusiyanın valyuta ehtiyatları ötən ay 3 milyard dollardan çox artıb

Bu ilin aprel ayında Rusiyanın valyuta ehtiyatları 3,285 milyard ABŞ dolları və yaxud 0,67% artaraq mayın 1-nə 491,088 milyard dollar təşkil edib.

"Report” bu barədə rus mətbuatına istinadən xəbər verir.
Bu ilin yanvar-aprel aylarında isə Rusiyanın valyuta ehtiyatları 4,8% və yaxud 22,593 milyard dollar artım nümayiş etdirib.
Xatırladaq ki, valyuta ehtiyatları Rusiya Bankına (Mərkəzi Bank) və hökumətə məxsus yüksək likvdli xarici aktivlərdən ibarətdir. 
Xəbər 363 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR