Rusiyalı alimlər yadplanetlilərin siqnalını tutdular

Rusiyalı alimlər yadplanetlilərin siqnalını tutdular
  • DÜNYA

Aşağı Arxızdakı RAN xüsusi astrofizika rəsədxanasının Herkules bürcündən əldə etdiyi güclü və qeyri-adi siqnal elm aləmini təəccübləndirib.

Aktual.az  publika.az-a istinadən bildirir ki, alimlər bu səsin adi səs-küy olması versiyasını istisna edirlər. Belə bir siqnalı ilk dəfə 2015-ci ildə RATAN-600 radioteleskopu ilə tutmaq mümkün olub. 2.7 santimetrlik dalğa adi səs siqnallarından 8-10 dəfə güclü idi. Bununla bağlı amerikalı astronom Pol Hipster ictimaiyyətə açıqlama verməyi qərara alıb.
 
Bu məsələ "SETI"nin (Yerdənkənar Sivilizasiyanın Axtarışı üzrə Təşkilat) illik toplantısında rusiyalı alimlərin də əsas müzakirə mövzusu olacaq.

Xəbər 1691 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR