Rusiyada türkiyəli tələbələr universitetdən qovuldu

Rusiyada türkiyəli tələbələr universitetdən qovuldu
  • DÜNYA

Moskva Mühəndis-Fizika İnstitutunda təhsil alan 3 türkiyəli tələbə Federal Təhlükəsizlik Xidmətinin göstərişi ilə universitetdən xaric edilib.

Aktual.az Report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti yanında İnsan Hüquqları Şurasının (İHŞ) mətbuat xidmətindən məlumat verilib.

İHŞ Türkiyə ilə Rusiya arasındakı şiddətli qarşıdurma fonunda 13 türk tələbənin Rusiyanın bir sıra ali məktəblərindən xaric edilməsinin səbəbləriylə bağlı Baş Prokurorluğa sorğu göndərib.

Qurumun məlumatında, həmçinin digər 10 tələbənin razılaşmanı pozduğu və ya öz istəyi ilə ali məktəblərdən xaric olunduğu bildirilir.

Xəbər 468 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR