Rusiya və ABŞ daha çətin böhranların həlli yollarını axtarırlar - Putin

Rusiya və ABŞ daha çətin böhranların həlli yollarını axtarırlar   - Putin
  • DÜNYA

Rusiya və ABŞ daha çətin böhranların həlli yollarını axtarırlar.

Aktual.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin Moskvada rəsmi səfərdə olan ABŞ dövlət katibi Con Kerri ilə keçirilən görüşdə deyib. 

“Siz bilirsiniz ki, biz sizinlə birlikdə daha çətin böhranların həlli yollarını axtarırıq. Bilirəm ki, XİN-də bu gün keçirilən görüşdə Amerika tərəfi Suriya problemi daxil olmaqla bir sıra problemlərin həllinə dair öz təkliflərini təqdim edib”, deyə Putin bildirib.

Qeyd edək ki, bundan əvvəl Con Kerri və Rusiya XİN rəhbəri Sergey Lavrov arasında üç saat davam edən görüş baş tutub. Suriya böhranının nizamlanması və beynəlxalq terrorçuluqla mübarizə üzrə səylərin birləşdirilməsi müzakirələrin əsas mövzusu olub. Görüşdə həmçinin Ukrayna böhranı və ikitərəfli münasibətlər müzakirə edilib. 

Aktual.az

Xəbər 331 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR