Rusiya televiziyasından Azərbaycana qarşı təxribat

Rusiya televiziyasından Azərbaycana qarşı təxribat

Rusiya Müdafiə Nazirliyinin rəsmi telekanalı "Zvezda" reportajlarından birində Dağlıq Qarabağı müstəqil respublika kimi təqdim edib.

Aktual.az APA-ya istinadən bildirir ki, yanvarın 28-də efirə gedən, Ermənistan Silahlı Qüvvələrinin yaranmasının 24-cü ildönümünə həsr olunmuş reportajda Ermənistan prezidenti Serj Sarkisyanın və Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyanın "Erablur" hərbi panteonunu ziyarət etdiyi deyilib, B. Saakyan "Artsax"ın - Dağlıq Qarabağ Respublikasının rəhbəri kimi təqdim olunub.

Xatırladaq ki, "Zvezda" media qrupuna məxsus "Zvezda" kanalı Rusiya Müdafiə Nazirliyinin rəsmi telekanalıdır.

Xəbər 425 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR