Bölgədə gecə-gündüz monitorinq aparılır və mülki nəqliyyat vasitələrinin təhlükəsizliyi təmin edilir.
Aktual.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağdakı tərəflərin demarkasiya xəttində atəşkəs rejiminə riayət olunmasını izləməyə davam edir, həmçinin nəqliyyat vasitələrinin təhlükəsizliyini, Laçın dəhlizi boyunca ərzaq və müxtəlif malların daşınmasını təmin edilir:
"Son bir həftə ərzində sülhməramlı kontingentin məsuliyyət zonasında atəşkəs pozuntuları və Rusiya hərbçilərinə qarşı təxribat xarakterli hərəkətlər qeydə alınmayıb. Bundan əlavə, müşahidə məntəqələrinin şəxsi heyəti müntəzəm olaraq döyüş hazırlığı fəaliyyətləri və pozuntuların qarşısını almaq üçün təlimlər keçirir”.
Xəbər 670 dəfə oxunub.