Sosial şəbəkələrdə elektrik mühərrikli avtobusda texniki problem yaranması ilə bağlı görüntülər yayılıb.
Aktual.az xəbər verir ki, sərnişinlər avtobusun enerji ehtiyatı qurtardığını iddia ediblər.
Elektrik mühərrikli avtobuslara nəzarət edən "Bakı Bus” şirkətindən məsələ ilə bağlı bildirilib ki, 28.11.2024-cü il tarixində, eləcə də elektrik mühərrikli avtobusların Bakı şəhərinin marşrut xətləri üzrə istismara başlanıldığı gündən etibarən, "Bakı Bus” MMC-nin "Marşrutların idarəetmə mərkəzinə” sərnişin daşınması zamanı batareyanın kifayət qədər enerji ehtiyatının olmaması ilə bağlı heç bir hal baş verməyib:
"Sosial şəbəkələrdə yayılan video görüntünü müşahidə kameralarında analiz etdikdən sonra, 28.11.2024-cü il axşam saatlarında baş verən hadisənin sürücünün texniki səhvi ilə əlaqəli olduğunu müəyyən etdik. Qeyd edilən problem qısa müddət ərzində aradan qaldırılmış və avtobus marşrut xətti üzrə hərəkətinə davam etmişdir. Bildiririk ki, elektrik mühərrikli avtobuslar marşrut xəttindən qayıdıb depoya gəldiyi zaman tam olaraq enerji ilə doldurulur və müəyyən edilmiş marşrut xətləri üzrə gün ərzində əlavə enerji doldurulmasına ehtiyac olmadan hərəkətini davam etdirir”.
Xəbər 145 dəfə oxunub.