Rusiya müharibədən qorxur - ACI ETİRAF

Rusiya müharibədən qorxur  - ACI ETİRAF

Rusların əksəriyyəti inflyasiya, yoxsulluq və iqtisadi böhranı ən böyük təhlükə olaraq görür.

Aktual.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın “Levada” araşdırma şirkətinin apardığı sorğunun nəticələrində qeyd edilib.

600 vətəndaşın iştirak etdiyi sorğunun nəticələrinə görə, rusların ən böyük qorxusu inflasiya və yoxsullaşmaqdır.

Sorğuda iştirak edənlərin 53 faizi məhz bu ehtimalı ən böyük təhlükə olaraq görüb. 49 faiz iqtisadi böhranı, 35 faiz isə işsizliyin artmasını başlıca problem kimi vurğulayıb.

Bəzi vətəndaşlar isə Rusiyanın digər ölkələrdə müharibə aparmasının ən böyük təhlükə olduğunu deyib.

// Aktual.az

Xəbər 7078 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR