Rusiya Moldovaya xəbərdarlıq etdi: Bəhanə axtarır...

Rusiya Moldovaya xəbərdarlıq etdi: Bəhanə axtarır...
  • DÜNYA

Rusiyanın Moldovodakı səfirliyi Kişinyov hakimiyyətini eskalasiyaya səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.

Aktual.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Moldovanın Rusiyadakı səfiri Lilian Dariyin Kişinyova geri çağırılması iki ölkə arasında əlaqələrin daha da məhdudlaşdırılması niyyətindən xəbər verir. Dronun kimə məxsusluğu, radar vasitəsilə qeydə alınıb-alınmadığı və uçuş trayektoriyası barədə heç bir məlumatın olmaması Moldova tərəfinə bütün məsuliyyəti tələsik şəkildə ölkəmizin üzərinə qoymağa mane olmayıb. Moldova rəhbərliyi xarici qüvvələrin təsiri altında iki ölkə arasında onsuz da məhdud olan əlaqələri daha da zəiflətmək üçün bəhanə axtarır. Rusiya konstruktiv və qarşılıqlı hörmətə əsaslanan dialoqa açıqdır. Bunun üçün Moldova tərəfinin də qarşılıqlı iradə nümayiş etdirməsi lazımdır”, - məlumatda qeyd edilib.

Qeyd edək ki, avqustun 9-da Moldovanın Stefabovod rayonunun Kroçmaz kəndi yaxınlığına PUA düşüb. Moldova Xarici İşlər Nazirliyi də ölkənin Rusiyadakı səfiri Lilian Dariyi məsləhətləşmələr üçün geri çağırmışdı.
Xəbər 48 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR