Rusiya Ermənistandakı hərbi bazasını genişləndirə bilər

Rusiya Ermənistandakı hərbi bazasını genişləndirə bilər

Rusiya Ermənistanda yerləşən hərbi bazasını gələcəkdə genişləndirə bilər.

APA-nın "news.am”-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin bildirib.

"Xarici işlər naziri Sergey Lavrovun Ermənistandakı 102-ci hərbi bazanın İŞİD-lə mübarizə aparmağa hazır olduğu bəyanatına gəldikdə, nazir səfirdən daha yaxşı bilər. Hərbi baza Ermənistanın təhlükəsizliyini təmin etmək, həmçinin digər məsələlərin həlli üçün burada mövcuddur. Yəqin ki, hər hansı qarşılıqlı razılaşma əsasında hərbi baza genişləndirilə bilər”, - deyə İ. Volınkin qeyd edib.
 
Aktual.az
Xəbər 494 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR