Ruhani: "Ucuz neft İrana yeni imkanlar yaradır"

Ruhani:
  • DÜNYA

İran prezidenti Həsən Ruhani neftin qiymətinin aşağı olmasının ölkə üçün yeni imkanlar yaratdığını bildirib.


Aktual.az APA-ya istinadən bildirir ki, Ruhani neftin yenidən bahalaşacağı təqdirdə belə, hökumətin ölkə iqtisadiyyatını şaxələndirmək niyyətində olduğunu bildirib.     

"Sözsüz ki, neftin ucuzlaşması bizə də təsir edir, lakin biz yeni imkanların yarandığını da müşahidə edirik", deyə Ruhani  "Press TV"yə müsahibəsində bildirib.

İran prezidenti ölkə iqtisadiyyatının neftdən asılılığının azaldılmasının vacibliyini qeyd edərək, gəlirlərin artırılması üçün iqtisadiyyatın digər sahələrinin inkişaf etdirilməsinin lazım olduğunu vurğulayıb.

"Hətta neft yenidən bahalaşsa belə,  neftin ixracına çox arxayın olmamalıyıq", deyə Ruhani qeyd edib.  


Aktual.az
 

Xəbər 235 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR