Roma Papasından İstanbul teraktına REAKSİYA

Roma Papasından İstanbul teraktına   REAKSİYA

Roma Papası Fransisk İstanbul hava limanında baş vermiş terror aktını pisləyib.

Aktual.az bu barədə Trend-ə istinadən xəbər verir.

Papa deyib: "Ötən axşam İstanbulda insanlığa sığmayan terror hadisəsi baş verib ki, nəticədə çox sayda ölən və yaralananlar var. Hadisə qurbanlarına rəhmət diləyib, onların ailə üzvləri və türk xalqı üçün dua edək".

Qeyd edək ki, İstanbulun Atatürk hava limanında 3 terrorçu-intiharçı özünü partladıb. Son rəsmi məlumatlarda terror aktı nəticəsində ölənlərin sayının 41 nəfərə çatdığı, 239 nəfərin isə yaralandığı bildirilir. Ölənlər arasında Türkiyə, Səudiyyə Ərəbistanı, İraq, Tunis, Özbəkistan, İran, İordaniya və Ukrayna vətəndaşları var.

İlkin məlumatlara görə, terror aktının arxasında İŞİD terror təşkilatı dayanır.

Xəbər 342 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR