Rəsmi Moskva azərbaycanlı jurnalisti işdən çıxartdırdı - Ermənilərlə debatdan sonra

Rəsmi Moskva azərbaycanlı jurnalisti işdən çıxartdırdı  - Ermənilərlə debatdan sonra

Azərbaycan-Ermənistan təmas xəttində baş verən gərginlikdən sonra Rusiya televiziyalarından birində Azərbaycanı müdafiə edən jurnalist Fuad Abbasov işdən çıxarılıb.

Aktual.az AzNews.az-a istinadən  xəbər verir ki, o, 1997-ci ildən çalışdı Türkiyənin “İhlas Xəbər Agentliyinin” Moskva bürosundakı işindən azad olunub. Bu barədə jurnalistə rəsmi məktub göndərilib.

“Mənə göndərilən rəsmi məktubda “işlərin orada istədiyimiz kimi getməməsi səbəbindən” göstərilməsinə baxmayaraq, hansı işlərdən nə istədiklərini başa düşmədim. Son 6 ay ərzində Rusiyanın müxtəlif qəzet, online media, radio və teelviziyalarında 50-dən çox çıxışım olub. Heç bir qarşılıq gözələmədən Su-24 böhranından sonra Türkiyənin mövqeyini Rusiyada müdafiə etmək başlıca işim olub”, - deyə jurnalist bildirib. 
F.Abbasovun sözlərinə görə, Rusiyadakı işinə Moskvadan gələn tələb qarşılığında son verilib.

Məlumat üçün bildirək ki, F.Abbasov cəbhədəki son olaylardan sonra Rusiyanın "TVC" telekanalında yayımlanan "Pravo qolosa" verilişinə qatılıb. Jurnalist verilişdə iştirak edən ermənipərəst rus politoloqların və erməni ekspertlərin yalanlarına cavab verib.

Xəbər 436 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR