Rektorla bağlı ilginc İDDİA

Rektorla bağlı ilginc   İDDİA

ADAU-nun rektoru bu dəfə Gəncənin icra başçısı olmağa çalışır

Azərbaycan Dövlət Aqrar Universitetin (ADAU) rektoru İbrahim Cəfərovun tələbələrlə münasibətlərindəki vəziyyət əslində, görüntüdən başqa bir şey deyil. Bunu universitetdəki mənbələr məlumat veriblər.

Aktual.az politika.az-a istinadən xəbər verir ki, onların bildirdiyinə görə, Cəfərov mütəmadi olaraq tələbələr arasında görüntü xatirinə görünməklə, kənardakı adamlarına göstərməyə çalışır ki, guya, tələbələri onu sevirlər. Əslində isə rektorun əlindən elə ilk əziyyət çəkənlər də onlardırlar. Mənbə vurğulayır ki, tələbələrə zorla videoçarxlar hazırlatdıran Cəfərov, özünün Facebook səhifəsi vasitəsiylə də onların fəaliyyətinə nəzarət edir.

Amma məsələ təkcə bununla da bitmir. Politika.az xəbər verir ki, ADAU-nun rektoru həmçinin bir sıra istəklərə də düşüb. Belə ki, o, yaxın gələcəkdə özünü Gəncənin icra başçısı olaraq görür. İddialara görə, sözügedən şəxs bunun üçün mümkün imkanlarından da yararlanmaqdan çəkinmir. Bakıdakı əlaqələri vasitəsiylə istəyini reallaşdırmaq istəyən rektor, ondan əvvəlki sələfi Mirdaməd Sadıqovdan özünü aşağı səviyyəli biri hesab etmir.

Qeyd edək ki, bir müddət əvvəl də bu iddialar gündəmə gəlmişdi və mətbuat İbrahim Cəfərovun Gəncənin icra başçısı olmaq üçün can atdığını yazmışdı. Hətta vurğulanırdı ki, ADAU-nun rektoru Elmar Vəliyevə qarşı gizli şəkildə kampaniya aparanlardan biridir.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Xəbər 407 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR