Referendumla bağlı yaradılmış ekspert qrupu üzvlərinin SİYAHISI

Referendumla bağlı yaradılmış ekspert qrupu üzvlərinin   SİYAHISI

Mərkəzi Seçki Komissiyasının (MSK) sonuncu iclasında vətəndaşların referendumda iştirak hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan verilmiş şikayətlərin araşdırılması məqsədilə MSK nəzdində sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsinin (referendumun) keçirilməsi dövründə fəaliyyət göstərəcək 9 nəfərdən ibarət tərkibdə ekspert qrupu yaradılıb.

Aktual.az  report-a istinadən bildirir ki, MSK-nın müvafiq qərarı bu gündən qüvvəyə minib.

Ekspert qrupuna bu şəxslər daxildir:

Ramiz İbrahimov - Mərkəzi Seçki Komissiyasının üzvü;
Validə Kazımova - Mərkəzi Seçki Komissiyasının üzvü;
İlham Məmmədov - Mərkəzi Seçki Komissiyasının üzvü;
Qabil Orucov - Mərkəzi Seçki Komissiyasının üzvü;
Bəxşeyiş Əsgərov - Mərkəzi Seçki Komissiyasının üzvü;
Tofiq Həsənov - Mərkəzi Seçki Komissiyasının üzvü;
İlkin Şahbazov - Mərkəzi Seçki Komissiyasının üzvü;
İradə Hacıyeva - Mərkəzi Seçki Komissiyası Katibliyi (Hüquq şöbəsinin müdiri);
Rafiq Abbasov - Mərkəzi Seçki Komissiyası Katibliyi (Hüquq şöbəsinin baş məsləhətçisi).

MSK-nın qərarına əsasən, dairə seçki komissiyalarının nəzdində qanunvericiliklə nəzərdə tutulmuş müddətdən gec olmayaraq müvafiq tələblərə cavab verən 3 nəfərdən ibarət tərkibdə ekspert qruplarının yaradılması həmin seçki dairələrinin dairə seçki komissiyalarına həvalə edilib.

Xəbər 289 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR