Rus ordusu "sevdiyi bayramda" hücuma keçəcək

Rus ordusu

Rusiya ordusu mayın 9-dək ölkənin şərqində və digər istiqamətlərdə hücum əməliyyatlarına başlamağı planlaşdırır.
Aktual.az xəbər verir ki, bunu "Polad Sərhəd” sərhəd dəstəsinin mətbuat xidmətinin rəhbəri İvan Şevtsov bildirib.
"Putinin timsalında düşmən müəyyən vaxtları sevir və indi onların müddəti mayın 9-dur. Onlar belə bayramları sevirlər və məhz mayın 9-da düşmən həm Ukraynanın şərqində, həm də digər istiqamətlərdə hücum əməliyyatlarına başlamağı planlaşdırır. Lakin Müdafiə Qoşunları, o cümlədən sərhədçilər də buna hazırdırlar", - Şevtsov vurğulayıb.
O, əmin olduğunu bildirib ki, rus ordusunun istənilən istiqamətdə irəliləyiş cəhdlərinin qarşısı alınacaq.
Xəbər 88 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR