Rəcəb Babaşov niyə susur? - Rəis müavininin qoruyucu mələyi kimdir?

Rəcəb Babaşov niyə susur?  - Rəis müavininin qoruyucu mələyi kimdir?

Eldar Mahmudovun görəvindən alınmasından sonra ölkənin təhlükəsizliyindən sorumlu olan qurumun başında duranların əslində mafiya tipli fəaliyyət göstərdikləri məlum oldu. Və o da məlum oldu ki, bu çetenin uzantıları bu və ya digər formada hökumətin əksər strukturlarında fəaliyyət göstəriblər. Dövlət başçısının bu qurumla bağlı müvafiq qərarlar qəbul etməsi, kifayət qədər peşəkar kadr hesab olunan Mədət Quliyevin rəhbərliyə təyinatı insanlardakı sovetlərdən qalma “KQB” xofunu götürsədə, lakin Eldar Mahmudovun çetesində yer aldıqarı iddia edilən şəxslərin böyük qismi hələ nəinki azadlıqa, hətta görəvlərinin başındadırlar. Ölkə başçısının apardığı islahatların məntiqi nəticəsi olaraq hakimiyyət içərisində neqativ fəaliyyətilə yer alan şəxslərin bir qismi komandadan uzaqlaşdırıldı. Lakin hadisələr göstərir ki, bu proses hələ bir müddət davam edəcək. Çünki on il hökumətin ən məsuliyyətli bir qurumuna rəhbərlik etmiş, fəaliyyətinin əsas istiqaməti cinayət tərkibli olmuş bir şəxsin illərlə yaratdığı “komandanı” tam tərkibdə ifşa etmək o qədər də asan məsələ deyil. MTN-nin ölkənin vergi siyasətində bir başa hər hansı bir rolunun olmamasına baxmayaraq hadisələr mahmudovçuların bu quruma da sirayət etdiklərini göstərdi. Vidadi Məmmədovun həbsi yazılanların əyani sübutudur.


Məsələnin ən maraqlı tərəfi isə Vidadi Məmmədovun həbsindən dərhal sonra, həmin zamana qədər əsasən diqqət çəkməyən bir qurumun rəhbərliyində təmsil olunan şəxs - Vergilər Nazirliyi Yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin rəis müavini Rəcəb Babaşovun dərhal medianın gündəminə gəlməsi oldu. Həmin vaxta qədər mediada geniş tanıtımı olmayan bir şəxsin nədən birdən-birə “media ulduzuna” çevrilməsi olduqca maraq doğuran məsələ idi. Media nəinki Rəcəb Babaşovun paytaxtda, doğulduğu Sabiarabad rayonunda, hətta xaricdə belə biznesinin olması ilə əlaqədar məlumatlar dərc etməyə başladı. Həftələrlə gündəmdən düşməyən mövzu oldu. Məlum oldu ki, illərlə fəaliyyətini komifliyaj etməyi bacaran bu şəxs Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanovun yaxın adamlarındandır. Lakin media bununla da kifayətlənməyərək araşdırmalarını davam etdirdi. Nəticədə medianın dərc etdiyi məlumatlarda Rəcəb Babaşovun sabiq nazir Eldar Mahmudovla əlaqələri qeyd olundu. Məlumatlarda o da qeyd olunurdu ki, sabiq nazirin iş adamlarına təzyiq rıçaqlarından biri də cənab Babaşov imiş. Hətta E.Mahmudovun görəvindən alınmasından bir neçə gün öncə Vergilər nazirliyi sistemində fəaliyyət göstərən dostları ilə görüşündə R.Babaşovun da yer aldığı qeyd edilirdi. Media bu görüşün əsas səbəbini MTN generalının özünün və yaxın ətrafının varidatının ölkədən çıxarılması ilə bağlı vergi sistemindəki dostlarından yardımın istənilməsi kmi əlaqələndirdi.


Qəribədir haqqında onlarla məlumatın dərc olunmasına baxmayaraq, bu günə kimi R.Babaşov sabiq nazirlə əlaqələrinin olmaması və ya əksinə olması ilə bağlı bir cümlə belə nə isə söyləməyib. Məsələnin ən təəccüb doğuran tərəfi isə cənab Babaşov haqqında dərc edilən yazılara aidiyyatı olmayan şəxslərin müdaxiləsi etməsi olub. Bundan başqa mediada R.Babaşovun ADY QSC-nin sədri Cavid Qurbanovla Türkiyədə, o cümlədən Avropada müştərək şirkətlərinin fəaliyyət göstərdikləri haqqında da məlumatlar dərc olunmuşdu. Hətta R.Babaşovun rəhbərlik etdiyi şirkətlərdən birinin Cavid Qurbanovun tapşırığı ilə Kəlbəcər rayonundan qaçqın düşmüş və yataqxanada məskunlaşmış ailələrin məskunlaşdıqları yataqxanları təmir etdirir, su təminatının yaxşılaşdırılması ilə bağlı işlər görür.


Özlüyündə bu məsələ xeyirhah əməl hesab olunur. Lakin cənab Babşovun mediaya qapalı fəaliyyəti ondan bu kimi məsələlərdə də məlumat almağa imkan vermir. Halbuki Kütləvi informasiya Vsitələri Haqqında Azərbaycan respublikasının Qanununda 8-ci maddədə deyilir ki, “Kütləvi informasiya vasitələri cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər. Bu hüquq Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallardan başqa, məhdudlaşdırıla bilməz”. Göründüyü kimi media Rəcəb Babaşovun hətta rəsmi fəaliyyəti ilə bağlı belə doğru-düzgün məlumatlar ala bilmir. Halbuki həmin Qanunun 1-ci maddəsində deyilir: ”Azərbaycan Respublikasında kütləvi informasiya azaddır. Kütləvi informasiya azadlığı vətəndaşların qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır”. Göründüyü kmi bu təminat vəzifəli şəxs tərəfindən nəinki verilmir, hətta qanunun tələbləri belə pozulur. Əgər ölkə başçısı mütəmadi olaraq medianın diqqətində olan ölkədə və ya dünyada baş verən olaylarla bağlı açıqlamalar verirsə, hansısa bir məmurun bundan imtina etməsi anlaşılan deyil. Çünki zaman – zaman Rəcəb Babaşovun məhz “MTN işi” ilə bağlı həbs ediləcəyini, lakin bu məsələnin ADY QSC-nin sədrinin müdaxiləsindən sonra müvəqqəti dayandırılması ilə bağlı həbs edilməməsinin qarşısının Cavid Qurbanov tərəfindən alınmasına aydınlıq gətirilməlidir. Nədən Vergilər naziri cənab Fazil Məmmədov və ya Rəcəb Babaşovun da yer aldığı Vergilər Nazirliyi Yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin rəhbərliyi, ən azından ictimaiyyətlə əlaqələrdən sorumlu olan şəxslər məsələyə münasibət bildirmirlər?
Mövzuya qayıdacağıq.

Redaksiya yazıda adı çəkilən qurum və ya şəxslərin də mövqeyini dərc etməyə hazırdır. /Conflict.az

Xəbər 4173 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR