"Real"ın yeni baş məşqçisi təcrübəli futbolçunun komandada qalmasını istəmir


Xorvatiya millisinin futbolçusu Luko Modriç mövsümün sonunda İspaniyanın "Real" klubundan ayrıla bilər.
Aktual.az "Donbalon" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisinin potensial yeni baş məşqçisi Xabi Alonso həmin mövqeyə başqa oyunçunun alınmasını istəyir.
O, 39 yaşlı yarımmüdafiəçi ilə müqavilənin uzadılmasının tərəfdarı deyil.
Qeyd edək ki, Luka Modriç 2012-ci ildən paytaxt klubunun formasını geyinir. Daha əvvəl İspaniya mətbuatı Xabi Alonsonun "Real"la üçillik müqavilə imzalayacağını yazıb.

Xəbər 455 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR