Rayon avtomobillərinin Bakıya girişinə qoyulan məhdudiyyət dəyişdirildi

Rayon avtomobillərinin Bakıya girişinə qoyulan məhdudiyyət dəyişdirildi

Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması ilə əlaqədar yük avtomobillərinin hərəkətinə qoyulan məhdudiyyətin vaxtı dəyişdirilib.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq “Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 30 iyun 2015-ci il tarixli Protokolunda 09.03.2016-cı il tarixdə müvafiq dəyişikliklər edilib.

Dəyişikliklərə əsasən paytaxtda nəqliyyat sıxlığının azaldılması məqsədilə xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici, həmçinin kənd təsərrüfatı məhsullarını daşıyan bütün növ nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, icazə verilən maksimum kütləsi 5 tondan artıq olan yük avtomobillərinin hərəkəti Bakı şəhərində mayın 1-dən oktyabrın 1-dək səhər saat 07:30-dan axşam saat 21:00-dək, oktyabrın 1-dən mayın 1-dək səhər saat 07:30-dan axşam saat 20:00-dək məhdudlaşdırılıb.

Qeyd edək ki, 09.03.2016-cı il tarixinədək məhdudiyyət müddəti mayın 1-dən oktyabrın 1-dək səhər saat 07:00-dan axşam saat 22:00-dək, oktyabrın 1-dən mayın 1-dək səhər saat 07:00-dan axşam saat 21:00-dək olub.

Xəbər 676 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR