"Qadın müğənninin əri xalqdır" Nadirdən şok sözlər

"Qadın müğənninin əri xalqdır"      Nadirdən şok sözlər

“Ömrü boyu müğənni xanımla evlənmərəm, nə də oğlumu qoymaram müğənni xanım alsın”.

 

Lent.az-ın məlumatına görə, bu sözləri müğənni Nadir Qafarzadə “ANS”in “Bazar səhəri” verilişində deyib: “Heç kim məndən küsməsin, inciməsin! Yenə də deyirəm, birmənalı olaraq müğənni xanımla evlənmərəm. Sizə olmuş bir əhvalat danışım. Hüseyn Arif xanım sənətçilərdən birinə zəng vurub deyir ki, filan rayonda toy var, gəl gedək. Həmin müğənni, “ərim rayon toylarına getməyə icazə vermir” deyəndə, şair ona cavab verib ki, "sənin ərin xalqdır”. Düşünürəm ki, düz deyib. Müğənni arvad tək mənə məxsus olmayacaq.


Bir də ki, o arvad gedib gecə yarıya qədər toylarda oxuyub pul qazanacaq, mən də evdə oturub onu gözləyəcəm. Sonra da 100 minlik maşın sürüb genələcəm? İndi belə adamlar var”. 




Xəbər 4072 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR