Qubada elektrik cərəyanı 18 yaşlı gənci vuraraq öldürüb

Qubada elektrik cərəyanı 18 yaşlı gənci vuraraq öldürüb

Quba rayonunda 18 yaşlı gənc ehtiyatsızlığın qurbanı olub.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Yerfikəndində baş verib.
Belə ki, kənd sakini, 2001-ci il təvəllüdlü Cabir Barat oğlu Babayev çöldə atası ilə qoyun otararkən əlindəki çubuğu alçaqdan keçən elektrik xəttinə vurub. Nəticədə C.Babayevi cərəyan vurub. O, hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Xəbər 438 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR