Qobustanda kişi mülkə görə qardaş və bacısını bıçaqlayıb

Qobustanda kişi mülkə görə qardaş və bacısını bıçaqlayıb

Qobustan rayonunda baş verən bıçaqlanma hadisəsinin bəzi təffərrüatları məlum olub.

Aktual.az "Report"a istinadən xəbər verir ki, Nərimankənd kəndində kişi öz bacısı,1966-cı il təvəllüdlü Qurbanova Məlahət Bəybala qızını və qardaşı 1959-cu il təvəllüdlü Qurbanov Kamil Bəybala oğlunu bıçaqlayıb.
Hər iki şəxs təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, hadisə mülk məsələsinə görə baş verib.

****

Qobustan rayonunda bıçaqlanma hadisəsi baş verib.

Aktual.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Nərimankənd kəndində qeydə alınıb. 
Belə ki, 1966-cı il təvəllüdlü Qurbanova Məlahət Bəybala qızı qardaşı tərəfindən bıçaqlanıb. 
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Xəbər 371 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR