Qızın anası tərəfindən qətli ilə bağlı Prokurorluqdan - Rəsmi açıqlama

Qızın anası tərəfindən qətli ilə bağlı Prokurorluqdan   - Rəsmi açıqlama

Avqustun 3-də Sabunçu rayonunun Balaxanı qəsəbəsində yaşayan 1981-ci il təvəllüdlü Züleyxa Cəfərovanın evində münaqişə zəminində 14 yaşlı qızı Ehsanə Cəfərovanı (2001-ci il təvəllüd) yaylıqla boğaraq öldürməsi hadisəsinin bəzi təfərrüatları məlum olub.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, Sabunçu Rayon Prokurorluğundan bildiriblər ki, hadisə ana ilə qızının arasındakı münaqişə nəticəsində baş verib. Bir ilə yaxın ana ilə qızı küsülü olub. Masallı rayonundan olan ailədə ailədə ana Z.Cəfərova ilə qızı - 14 yaşlı E.Cəfərova arasında tez-tez mübahisə və davalar baş verib. E.Cəfərova anası ilə sonuncu dəfə qətlə yetirildiyi gün dalaşıb və onu təhqir edib. Təhqirlərə dözməyən ana qızını yaylıqla boğaraq öldürüb.

Qızın zorlanması barədə yayılan məlumatlara gəlincə isə, prokurorluqdan bu faktı təkzib ediblər:"Hadisənin qızın zorlanması səbəbindən baş verməsi ilə bağlı yayılan məlumatlar tam əsassızdır".

Xəbər 738 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR