“Qızım soruşur ki, saçın nə vaxt olacaq?” - Tünzalə + Video

“Qızım soruşur ki, saçın nə vaxt olacaq?” - Tünzalə + Video

"Ağciyər və sümüklərimdə törəmələr olduğu aşkarlandı. Mən də yenidən kimyaterapiya qəbul etdim”.
 
Aktual.az xəbər verir ki, bu sözləri Əməkdar artist Tünzalə Əliyeva "Günün sədası” proqramına müsahibəsində deyib. Aktrisa müalicələrinin davam etdiyini açıqlayıb:

"Gördük ki, təsiri az oldu, ona görə təkrar kimyaterapiya olundum. Sağalmaq ümidi ilə yaşayıram. Həkimlərimə inanıram, güvənirəm. Çalışıram ki, müalicə prosesinə dözüm. Bəzən vəziyətim ağır olanda, üzümü örtürəm. Küçəyə çıxanda çalışıram insanlara xəstə olduğumu bildirməyim. Qızım hər dəfə xəstəxanaya gedəndə deyir, belin düzələcək? Deyirəm ki, hə, bu gün düzələcək, sabah lap yaxşı olacaq. Soruşur ki, ana, nə vaxt saçın olacaq? Deyirəm ki, vitaminlər yeyəcəyəm, uzanacaq. Bu, xəstəlikdir, gəlib-keçəcək, sadəcə irəli getmək lazımdır”.
 

Xəbər 255 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR