Qəza dövlət büdcəsinə 9 min ziyan vurdu - Foto

Qəza dövlət büdcəsinə 9 min ziyan vurdu   - Foto

Bu gün səhər saatlarında Bakı - Ələt - Qazax - Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 88-ci kilometrliyində, Hacıqabul rayonunun Qızılburun kəndi ərazisində baş vermiş ağır avtomobil qəzası nəticəsində yol təsərrüfatına ciddi ziyan dəyib.

"Azəravtoyol" ASC-dən  verilən məlumata görə, “Kamaz” markalı "22 BC 360" dövlət nömrə nişanlı qoşqulu yük maşını yolayrıcında olan əyri-xətli dəmir tirləri dağıdaraq aşıb. Qəza zamanı 140 poqon metrə yaxın dəmir arakəsmə sıradan çıxıb və bununla da dövlət büdcəsinə ilkin hesablamalara əsasən 9 min manata yaxın ziyan dəyib.

Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq aidiyyəti üzrə göndərilib. Hazırda qəzanın fəsadları “Azəravtoyol” ASC-nin əməkdaşları tərəfindən aradan qaldırılır.

Qeyd edək ki, baş vermiş ağır qəza zamanı yük maşınında olan sərnişin 1988-ci il təvəllüdlü Hüseynov Elvin Rabit oğlu dünyasını dəyişib. Sürücü Goranboy rayon sakini 1986-cı il təvəllüdlü Ələkbərov Rövşən Əli oğlu ağır yaralanıb.

Xəbər 437 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR