Qərbi Avropanın köpəkləri dayanmadan hürür - Medvedev

Qərbi Avropanın köpəkləri dayanmadan hürür - Medvedev
  • DÜNYA

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərbi Avropa ölkələrinin "Rusiya kölgə donanması” adlandırdığı gəmilərlə bağlı açıqlamalarına münasibət bildirib.

Aktual.az xəbər verir ki, Medvedev bu barədə sosial şəbəkə hesabında yazıb.

"Qərbi Avropanın köpəkləri qondarma Rusiya kölgə donanması barədə var gücü ilə hürür. Bununla Rusiya bayrağı altında olmayan, lakin bizim maraqlarımız naminə daşımalar həyata keçirən adi ticarət gəmiləri nəzərdə tutulur”, - Medvedev qeyd edib.

Onun sözlərinə görə, simmetrik yanaşmanı rəhbər tutaraq Rusiya düşmən ölkələrinə məxsus istənilən ticarət gəmisinə qarşı, onun Rusiya sularında və ya neytral sularda olmasından asılı olmayaraq, hücum etmək hüququna malikdir.

Medvedev bildirib ki, bunun üçün həmin gəminin qarşı tərəfin maraqlarına uyğun yük daşıdığına dair kifayət qədər şübhənin olması yetərlidir.

"Yəni istənilən yük! Belə gəmilər çoxdur. Silahlı Qüvvələrimiz Qara dəniz hövzəsinin hüdudlarından kənarda fəaliyyətini kəskin şəkildə genişləndirmək iqtidarındadır”, – deyə o bildirib.
Xəbər 35 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR