Qənirə Paşayeva Türk dünyasını Azərbaycanın yanında olmağa çağırıb

Qənirə Paşayeva Türk dünyasını  Azərbaycanın yanında olmağa çağırıb

Millət vəkili Q.Paşayeva Türkiyədə ön cəbhədə baş verən hadisələrdən,şəhidlərimizdən danışıb və Türk dünyası və diasporunu Azərbaycanın yanında olmağa çağırıb.

İstanbulda Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi soyqırımlarla yanaşı ön cəbhədə baş verən son hadisələrlə bağlı çıxış edən millət vəkili Q.Paşayeva Türk dövlət, toplum və diaspor təşkilatlarına müraciət edərək Azərbaycanın yanında olmağa, Ermənistanın törətdiyi təxribatları bütün dünyaya daha geniş duyurmağa çağırıb. Q.Paşayeva çoxlu sayda siyasilərin, aydınların, KİV və QHT təmsilçilərinin iştirak etdiyi tədbirdə çıxışına ön cəbhədə şəhid olan əsgər və hərbiçilərimizi rəhmətlə yad edir, ailələrinə səbr diləyirik. Ordumuz düşmənə layiq olduğu cavabı verib və verir. İnanırıq ki, bütün Türk dünyası və diasporu bu gün tək ürək kimi Azərbaycanın yanındadır deyib. Ön cəbhədə baş verən son hadisələrlə bağlı geniş çıxış edən millət vəkili Q.Paşayeva Türk dövlət, toplum və diaspor təşkilatlarına müraciət edərək Azərbaycanın yanında olmağa, ön cəbhədə Ermənistanın törətdiyi təxribatları bütün dünyaya daha geniş duyurmağa çağırıb. Ermənistanın ön cəbhədə törətdiyi təxribatlar, mülkü vətəndaşlarımızı hədəfə alaraq onlara qarşı həyata keçirilən insanlıqdan kənar cinayətlər, həlak olan və yaralı mülkü vətəndaşlar barədə məlumat verən millət vəkili Q.Paşayeva ermənilərin təxribatlarına cavab verən zaman şəhid olan əsgər və hərbiçilərimizi rəhmətlə anır və yaralılarımıza qısa zamanda şəfalar diləyirik deyib. Millət vəkili Q.Paşayeva Ermənistanın bölgədə təxribatçı addımlarını davam etdirə bilməsində ATƏT-in Minsk qrupu həmsədrlərini, beynəlxalq təkilatları ittiham edib və onlara çağırış səsləndirib. Millət vəkili bütün beynəlxalq təşkilatları Ermənistana təxribatlara və işğala son qoyması üçün təzyiq göstərməyə çağırırıq deyib. ”Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi təxribatlara səssiz,laqeyid qalan beynəlxalq təşkilatlar, ATƏT-in Minsk Qrupu həmsədrləri bölgədə vəziyyətin gərginləşməməsi üçün bu günə qədər heç bir addım atmadılar, işğalçı Ermənistana heç bir təzyiq göstərmədilər. Onlar Ermənistana sizin əsgər və hərbiçilərinizin Azərbaycan torpaqlarında nə işi var, orada nə axtarır deyərək heç bir təzyiq göstərmirlər. Özəlliklə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması missiyasını daşıyan Minsk Qrupu həmsədrlərinin Ermənistana işğala son qoyması üçün heç bir təzyiq göstərməməsi Ermənistanın daha da azğınlaşmasına səbəb oldu. Amma artıq münaqişənin sülh yolu ilə həlli üçün dayanmadan çalışan Azərbaycanın hərbi güclərinin , xalqının da səbri daşmışdır və artıq yetər deyirik.Ermənistan artıq anlamalıdır ki, Azərbaycana qarşı etdiyi təxribatlara qarşı çox sərt cavab alacaqlar. 20 ildir Azərbaycan torpaqlarını işgaldan azad etməyən Ermənistana bunun bir dərs olması lazımdır. ATƏT-in Minsk qrupu həmsədrlərini də artıq münaqişənin həlli üçün ciddi addımlar atmağa çağırırıq və işgalçını şımartmanız artıq yetər deyirik. Hər şeyin bir həddi var”. O bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı bu gün Azərbaycanın yanında olmalı, həqiqətlərin dünyaya daha geniş çatdırılması üçün çalışmalıdır. Q.Paşayeva Türk KİV,QHT və gəncliyini həqiqətlərin dünyaya daha geniş yayılmasında sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə də çağırıb.

Xəbər 472 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR