Qənirə Paşayeva Turan dərnəyində Qarabağla bağlı konfrans keçirib

Qənirə Paşayeva Turan dərnəyində Qarabağla bağlı konfrans keçirib

Millət vəkili Q.Paşayeva Turan Dərnəyində Türk dünyasının hər tərəfindən gəlmiş gənclərə Qarabağla bağlı konfrans verib və onları həqiqətlərimizin təbliğində fəal olmağa səsləyib.

Turan Dərnəyində Qarabağ problemi və qondarma erməni soyqırımı iddiaları ilə bağlı çıxış edən millət vəkili Türk dünyasının hər tərəfindən gəlmiş gənclərə çağırışı edərək bu gün birlik, bir-birimizə daha çox sahiblənmə, dəstək olmaq zamanıdır deyib. Qənirə Paşayeva Türk kökənli bütün gənclərimizi Türk dünyasının müxtəlif bölgələrində yaşadığımız ağrı-acılara xüsusi həssaslıq göstərməyə çağırıb və bunu vacibliyindən geniş danışııb. Türk dünyasının müxtəlif bölgələrindən gəlmiş tələbələrə səslənərək birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunun getdikcə daha da gərginləşən dünya və bölgəmizdə daha çox fərqində olmalısınız deyib. Bunun üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq. Bu gün Türk dünyasının mütəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlər barədə geniş məlumatlar verən millət vəkili Qənirə Paşayeva güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib. Q. Paşayev çıxışında Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından, Xocalı Soyqırımından geniş danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ, Xocalı Soyqırımı həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Türk gəncliyinin üzərinə bu məsələdə böyük vəzifə düşdüyünü qeyd edən millət vəkili Qənirə Paşayeva bütün türk gəncliyini tariximizə sahib çıxmağa, sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan həqiqətlərinin daha geniş şəkildə yayılması məqsədilə sosial mediada səylərin artırılmasının, işinin sürətləndirilməsinin vacibliyini qeyd edib. Gəncləri sosial mediyada daha da aktiv olmağa dünyanın müxtəlif ölkələrində yaşayan dostlarına tarixi gerçəkləri çatdrmaqda fəallığını artırmağa, sosial medianın verdiyi imkanlardan yüksək səviyyədə yararlanmağı məsləhət görən millət vəkili Qənirə Paşayeva bildirib ki, hər ay bir əcnəbi ilə dostluq quraraq ona tarixi gerəkliklər barədə məlumat verərsəniz, bu ildə 12 nəfərin türk tarixi barədə məlumatlı olmasına səbəb olar. Bu məsələdə hər birimiz daha da duyarlı olmalıyıq. Millət vəkili Qənirə Paşayeva çıxışını “inşallah yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək. İnanırıq ki, o gün uzaqda deyil. Dünyanın müxtəlif bölgələrində bu gün acı və kədər içində olan qardaş-bacılarımıza dəstək olmalıyıq və mən sizi bu gün Azərbaycanda Qarabağda, Xocalıda, Suriyada Bayırbucakda, İraqda Təlafər, Kərkükdə, Krımda, Axısxada harada əziyyət çəkən insanımız varsa onlara hər zaman əlinizdən gələn köməyi əsirgəməməyə çağırıram. Allah insanımıza hər zaman hər yerdə yardımçı olsun”- deyərək bitirib. Millət vəkili tədbirin sonunda tədbir iştirakçılarına İmdat Avşarla birlikdə hazırlayıb tərtib etdikləri “Karabağ hikayeleri” kitabını imzalayaraq hədiyyə edib. Tədbir iştirakçılarına Qarabağ həqiqətləri ilə bağlı Mətanət A şirkətinin dəstəyi ilə hazırlanmış müxtəlif materiallar da hədiyyə olunub və millət vəkili Q.Paşayeva Türk dünyasının müxtəlif bölgələrindən gəlmiş gənclərin suallarını da geniş cavablandırıb.

Xəbər 377 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR