Qənirə Paşayeva NATO Baş Katibinin Xüsusi Nümayəndəsi ilə görüşüb

Qənirə Paşayeva NATO Baş Katibinin Xüsusi Nümayəndəsi ilə görüşüb

Millət vəkili Q. Paşayeva NATO Baş Katibinin Xüsusi Nümayəndəsi ilə köçkünlərdən danışıb.

Millət vəkili Qənirə Paşayeva İordaniyada NATO Baş Katibinin Qadınlar,Sülh və Təhlükəsizlik üzrə xüsusi nümayəndəsi Marriet Schuurmanla görüşüb. Millət vəkili Q.Paşayeva NATO Baş Katibinin Qadınlar,Sülh və Təhlükəsizlik üzrə xüsusi nümayəndəsi Marriet Schuurmana Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında çıxmasını tələb edən BMT Təhlükəsizlik Şurası qətnamələrinin 20 ildən çoxdur ki, rəsmi İrəvan tərəfindən həyata keçirilməməsi və bunun nəticəsində öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünlərdən danışıb. Q.Paşayeva 20 ildən artıqdır ki, öz evlərinə dönə bilmədikləri üçün böyük sarsıntılar yaşayan 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün, 100 minlərlə qaçqın və məcburi köçkün qadının, köçkünlərin NATO-dan onların Ermənistan tərəfindən pozulmuş hüquqlarının bərpası istiqamətində öz səylərini daha da artırmasını gözlədiklərini NATO Baş Katibinin Qadınlar,Sülh və Təhlükəsizlik üzrə xüsusi nümayəndəsi Marriet Schuurmanın diqqətinə çatdırıb. NATO Baş Katibinin Qadınlar,Sülh və Təhlükəsizlik üzrə xüsusi nümayəndəsi Marriet Schuurmana Azərbaycanla bağlı məlumatlar verən millət vəkili ondan bir qadın kimi 20 ilə yaxındır ki, öz yurd-yuvasına dönə bilməyən azərbaycanlı qaçqın və məcburi köçkün qadınların Ermənistan tərəfindən pozulmaqda davam edən haqlarının bərpası, öz evlərinə dönə bilməsi istiqamətində öz səylərini daha da artırmasını xahiş edib. Millət vəkili Qənirə Paşayeva NATO Baş Katibinin Qadınlar,Sülh və Təhlükəsizlik üzrə xüsusi nümayəndəsi Marriet Schuurmana Qarabağ həqiqətlərini özündə əks etdriən “Azərbaycan Həqiqətləri” filmləri kataloqunu da təqdim edib. NATO Baş Katibinin Qadınlar,Sülh və Təhlükəsizlik üzrə xüsusi nümayəndəsi Marriet Schuurman qaçqın və məcburi köçkün qadınlarla bağlı məsələlərin, onların üzləşdiyi problemlərin öz həllini tapmasının vacib olduğunu bildirib və onların problemlərinin həlli istiqamətində öz səylərini və dəstəyini artıracağını deyib. Görüş zamanı millət vəkili Q.Paşayeva Azərbaycanda qadın haqları, cəmiyyətdə qadınların rolunun artırılması istiqamətində görülən işlər barədə də məlumat verib və fikir mübadiləsi aparılıb. Bütün dünyada qadınların bütün sahələrdə rolunun artırılmasının vacibliyi vurğulayan NATO Baş Katibinin Qadınlar,Sülh və Təhlükəsizlik üzrə xüsusi nümayəndəsi Marriet Schuurman Qadın Millət vəkillərinin Qlobal Forumu tədbirlərin də bu istiqamətdə məsələlərə müsbət töhvəsini xüsusi vurğulayıb.

Xəbər 330 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR