Qənirə Paşayeva Kırşehir valisi ilə görüşdə Qarabağ həqiqətləri ilə bağlı təkliflərlə çıxış edib

Qənirə Paşayeva Kırşehir  valisi ilə görüşdə Qarabağ həqiqətləri ilə bağlı təkliflərlə çıxış edib

Millət vəkili Q.Paşayeva Kırşehir valisi ilə görüşdə Qarabağ həqiqətlərinin bu bölgədə daha geniş yayılması ilə bağlı təkliflərlə çıxış edib.


Qənirə Paşayevanın Kırşehirin Azərbaycan bölgələrindən biri ilə qardaşlaşması təklifi bölgə valisi tərəfindən dəstəklənib və yaxın zamanlarda həyata keçiriləcək deyib.
Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Kırşehire səfəri zamanı Kırşehir valisi Necati ŞENTÜRKlə görüşüb. Millət vəkili Qənirə Paşayeva vali ilə söhbət zamanı Azərbaycanın qanayan yarası Dağlıq Qarabağ və tarixi həqiqətlərdən danışıb. “Ermənistanın Azərbaycan torpaqlarını işğalı zamanı 1 milyondan çox soydaşımız yurd-yuvasından didərgin düşüb. Və onlar hələ də öz torpaqlarının həsrəti ilə yaşayır. Xocalıda dəhşətli soyqırım həyata keçiriblər. Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib o gözəl torpaqları Ermənistanın işğalından azad edəcək və bu cür görüşləri o gözəl torpaqımızda da keçirəcəyik”, – deyə o bildirib. Millət vəkili Qənirə Paşayeva Kırşehir valisinə həmmüəllifi olduğu Türkiyə türkcəsində “Karabağ hikayeleri” kitabını hədiyyə edib. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri arasında da bu əlaqələrin getdikcə daha da genişlənməsinin vacibliyini qeyd edib. Bu baxımdan millət vəkili Azərbaycanla Kırşehir arasında əlaqələrinin güclənməsinin də çox mühüm olduğunu dilə gətirib: “Azərbaycanın bir çox şəhərləri və bələdiyyələri Türkiyənin şəhər və bələdiyyələri ilə qardaşlaşıblar. Qədim Kırşehirin də Azərbaycanın hər hansı bölgəsi ilə qardaşlaşması bu baxımdan önəmlidir.” Millət vəkili valiyə “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabının növbəti hissəsələrində qədim Kırşehirin də yer alacağını bildirib. “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabının gənclərdə sahib çıxmaq duyğusunu formalaşdırmaq niyyəti daşıdığını söyləyən millət vəkili “Gənclər bizim olanı tanımalı ona sahiblənməyi bacarmalıdırlar. Bu sahiblənmə “mənim”, “sənin” yox, “bizim” şəklində olmalıdır”. Millət vəkili Qənirə Paşayeva Kırşehir valisi Necati ŞENTÜRKü ölkəmizə dəvət edib.Kırşehir valisi Necati ŞENTÜRK öz növbəsində millət vəkili Qənirə Paşayeva ilə görüşdən məmnunluğunu bildirib. “Sizləri burda görməkdən məmnun oldum. Bizlər bir millətik. Sizin sevincinizə biz də sevinir, kədərinizə ən az sizin qədər kədərlənirik. Azərbaycanın güclü olması ilə biz də güclü oluruq”, – deyə o bildirib və millət vəkilinin Kırşehirin Azərbaycan bölgələrindən biri ilə qardaşlaşması təklifini dəstəkləyərək yaxın zamanlarda bu məsələnin öz həllini tapacağını deyib. Millət vəkili Q.Paşayeva görüşdə Kırşehirdə təhsil alan azərbaycanlı tələbələr barədə valiyə məlumat verərək onların ortaya çıxan qayğı və problemlərinin həlli istiqamətində dəstək göstərilməsini xahiş edib. Kırşehir valisi Necati ŞENTÜRK hər məsələdə tələbələrin ona müraciət edə biləcəyini və hər zaman əlindən gələn dəstəyi göstərməyə hazır olduğunu bildirib.Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Kırşehir valisinə özünün müəllifi olduğu kitablarla yanaşı Azərbaycanın tarixi, mədəniyyəti, Dağlıq Qarabağ həqiqətlərindən bəhs edən kitabları, matreialları, rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstutu İB-nin hazırladığı “Azərbaycan Həqiqətləri” sənədli filmlər kataloqunu hədiyyə edib. Görüşdə iştirak edən araşdırmaçı-yazar İmdat Avşar da bir sıra fikir və təkliflərlə çıxış edib, geniş fikir mübadiləsi aparılıb.

 

Xəbər 526 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR