Qənirə Paşayeva Erciyes Universitetinin rektoru ilə görüşüb

Qənirə Paşayeva Erciyes  Universitetinin rektoru ilə  görüşüb

Millət vəkilinin Erciyes Universitetində Azərbaycan, Qarabağ Mərkəzi təklifi universitet rəhbərliyi tərəfindən dəstəklənib

Millət vəkili Qənirə Paşayeva Erciyes Universitetinin rektoru Prof.Dr.Muhammet Güven ilə görüşüb. Millət vəkilini universitetdə salamlamaqdan məmnunluğunu ifadə edən rektor qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin getdikcə genişlənməsindən, Azərbaycanla əməkdaşlıqdan böyük məmnuniyyət duyduğuqlarını, Universitetdə təhsil alan azərbaycanlı tələbələrin hər il daha da artması üçün çalışdıqlarını deyib. Millət vəkili, Dr. Qənirə Paşayeva Erciyes universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın daha da genişlənməsinin müsbət hal olduğunu qeyd edərək, burada təhsil alan azərbaycanlı tələbələrin burada özlərini öz vətənlərindəki kimi hiss etmələri və keyfiyyətli təhsil almaları üçün yaradılan hər cür şəraitə görə təşəkkürünü bildirib və azərbaycanlı tələbələrin də öz növbəsində Universitetdə Azərbaycanı layiqincə təmsil etdiklərinə inandığını bildirib. Millət vəkili, Universitetin rektoru Prof.Dr.Muhammet Güvenə Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı ilə bağlı geniş məlumatlar verib, bu istiqamətdə fikir mübadiləsi aparılıb və Q.Paşayeva bu mövzularla bağlı Universitet gəncləri ilə geniş müzakirələrə, tələbələrlə bu mövzular ətrafında daha çox görüşlərə, konfranslara ehtiyac olduğunu deyib. Millət vəkili Qənirə Paşayeva Universitetdə Azərbaycan,Qarabağ mərkəzinin açılması təklifi ilə çıxış edib. O bildirib ki, belə bir mərkəzin olması Türk kökənli gənclərimiz üçün də, burada təhsil alan xarici tələbələrə həqiqətlərimizin daha geniş və doğru çatdırılması üçün də çox önəmlidir. Millət vəkili Qənirə Paşayeva mərkəz üçün lazım olan kitab, material, sənədli filmlərin rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İb tərəfindən Universitetə hədiyyə ediləcəyini də deyərək Azərbaycan mərkəzinin vacibliyi və əhəmiyyəti barədə geniş fikir mübadiləsi aparıb. Erciyes Universitetinin rektoru təklifi dəstəkləyib və bu məsələyə baxılacağını bildirib. Görüş zamanı Azərbaycan-Türkiyə münasibətləri, bölgədə getdikcə daha da gərginləşən vəziyyət, Türk dünyasının bir sıra qanayan yaraları ətrafında söhbətlə yanaşı gənclərin təhsilə,oxumağa,öyrənməyə daha çox meyilləndirilməsinin önəmi barədə də geniş fikir mübadiləsi aparılıb. Qənirə Paşayeva Erciyes Universiteti rektoruna və universitetin kitabxanasına Azərbaycan mədəniyyəti, tarixinə dair materiallar, həmçinin özünün həmmüəllifi olduğu “Karabağ hikayeleri” kitabını və digər kitablarını hədiyyə edib və onu Azərbaycana dəvət edib. Dəvəti məmnuniyyətlə qəbul edən rektor Prof.Dr.Muhammet Güven rəhbərlik etdiyi universitet ilə Azərbaycanın ali təhsil məktəbləri arasında əlaqələrin daha da inkişaf edəcəyini deyib və millət vəkili Q. Paşayevanın Erciyes Universitetində v erdiyi konfransı çox önəmli hesab etdiyini deyərək onu universitetdə yaxın zamanlarda təkrar konfranslar verməyə dəvət edib. Görüşdə araşdırmaçı yazar İmdat Avşar da iştirak edib.

Xəbər 550 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR