Qəbələdə meşə sahəsi yanır

Qəbələdə meşə sahəsi yanır

Qəbələ rayonunun Solquca kəndi yaxınlığında dağlıq ərazidə meşə zolağında yanğın başlayıb.

Bu barədə Aktual.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat daxil olub.
Yanğının söndürülməsi işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Mülkü Müdafiə Qoşunlarının, Şimal-qərb Regional Mərkəzinin şəxsi heyəti, Aviasiya dəstəsinin 1 ədəd helikopteri və "BE 200 ÇS” amfibiya təyyarəsi cəlb edilib. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.
Xəbər 75 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR