Qayınanası Şakiraya şiddət göstərib - ŞOK VİDEO YAYILDI

Qayınanası Şakiraya şiddət göstərib - ŞOK VİDEO YAYILDI

Belə görünür ki, müğənni Şakira ilə keçmiş qayınanası Montserrat Bernabeu arasında münasibətlər həmişə çox gərgin olub. Ötən gün internetdə müğənninin pərəstişkarlarını şoka salan arxiv video yayımlanıb. Videoda futbolçu Jerar Pikenin anası gəlini ilə kifayət qədər emosional danışır.
 
Əvvəlcə Pikenin anası müğənniyə şirin-şirin gülümsəyir, sonra isə qəfil onun üzündən tutub nəyəsə susmaq üçün jest edir.
 
Aktual.az bildirir ki, video ispan mediası paylaşdıqdan sonra viral olub.
 
Videodan göründüyü kimi gəlinlə qayınana arasında söhbət adi tonda davam edir, hətta Şakira və Montserratın üzündə təbəssüm yaranır.

"Bu, 2016-cı il yanvarın 26-da baş verib, lakin indi video sənətçi ilə keçmiş qayınanası arasında həmişə mövcud olan pis münasibəti nümayiş etdirmək üçün şəbəkəyə sızdırılıb"- deyə ispan jurnalistlər bildiriblər.

Pikenin anasının bu davranışı Şakiranın pərəstişkarlarını qəzəbləndirib. İnternetdə yüzlərlə pərəstişkarı müğənninin müdafiəsinə qalxaraq həm Bernabeu, həm də baş verənləri səssizcə izləyən Pikenin özünün davranışını pisləyib.
 
"Aman Allahım! Necə anası, elə də oğlu!", "Şakira bu ailəyə necə dözüb?", "Yazıq Şakira”! -şərhlərin ardı-arası kəsilməyib.


(sfera.az)



Xəbər 241 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR