Zərgərlik sahəsində yeni dövlət standartı qəbul edilib

Zərgərlik sahəsində yeni dövlət standartı qəbul edilib

Azərbaycanda zərgərlik sənayesi üçün AZS EN 12472:2026 "Örtüklü məmulatlardan nikelin ayrılmasının aşkar edilməsi üçün sürətləndirilmiş aşınma və korroziyanın simulyasiyası üsulu” yeni dövlət standartı qəbul edilib.
Bu barədə Aktual.az-a Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən bildirilib.
Sözügedən dövlət standartının qəbulu zərgərlik məmulatlarının insan dərisi ilə təması zamanı nikelin miqdarının müəyyən edilməsi məqsədilə beynəlxalq səviyyədə qəbul olunmuş sınaq metodlarının tətbiqini, bununla nikelin sağlamlığa mənfi təsirinin qarşısının alınması potensialının qiymətləndirilməsini, istehlakçı sağlamlığının qorunmasını, eləcə də bazarda təqdim olunan zərgərlik və digər metal məmulatlarının təhlükəsizlik tələblərinə uyğunluğunun qiymətləndirilməsini təmin etməyə xidmət edir.
Agentliyin tabeliyində olan "İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin nəzdində təsis edilən "Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 36) təqdimatı əsasında AZSTAND tərəfindən qəbul edilib və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Xəbər 48 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR